JURNALİST POLİS ZORAKILIĞINA MƏRUZ QALIB

Tanınmış jurnalist, satirik yazar Mirzə Sakit (Zahidov) aprelin 2-də  İctimai Palatanın Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyası zamanı polis zorakılığına məruz qalıb. Bu barədə bu gün (4 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Mirzə Sakit məlumat verib.

 “Rəşid Behbudov adına Mahnı Teatrının yaxınlığında polislər qəflətən mənə yaxınlaşaraq qolumu qandalladılar. Sonra böyrəklərimin üstünə vura-vura avtobusa mindirdilər. Amma yenə də sakitləşmədilər. Avtobusun içində də məni döydülər. Onu da deyim ki, gödəkcəmin yaxasında türkçülük rəmzi olan nişanı gördülər və haqqında  təhqiramiz ifadələr işlətdilər. Məni birbaşa 37-ci polis bölməsinə apardılar. Orada mənə qarşı hər hansı kobudluq və təzyiq halları olmadı. Buna baxmayaraq, polisin rəftarı ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyi düşünürəm. Ciddi qabırğa  xəsarəti almışam, həkimə müraciət edəcəyəm” -deyə M. Sakit bildirib.
Previous Post

POLİS MƏHKƏMƏDƏN JURNALİST VƏ VƏKİLİN HƏBSİNİ İSTƏYİR

Next Post

POLİS MƏHKƏMƏDƏN JURNALİST VƏ VƏKİLİN HƏBSİNİ İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.