JURNALİST TƏHQİR EDİLİB

Avqustun 19-da “Yeni Müsavat”ın əməkdaşı Leyla İlqar peşə fəaliyyətini yerinə yetirən zaman  polislərin təhqirinə  məruz qalıb.

Jurnalistin  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, 2 aprel mitinqi zamanı həbs olunan fəalların   Səbayel rayon Məhkəməsində keçirilən prosesi zamanı məhkəmənin  qarşısında çəkiliş apararkən ərazidə olan polis əməkdaşlarından biri tərəfindən təhqir olunub:
“Mən və digər media nümayəndələri 2 aprel mitinqinə görə həbs olunan vicdan məhbuslarının məhkəmə prosesini müşahidə etmək üçün orada idik. Məhkəmə bitəndən sonra çəkiliş aparmaq üçün bayırda gözlədik.  Məhkəmə bitəndən sonra bayırda mitinq məhbuslarının şəkilini  çəkmək istəyəndə, polislər buna imkan vermədilər və jurnalistlərə təzyiqlər edilməyə başladı. Polis əməkdaşlarından biri çəkiliş apararkən məni təhqir edərək, mənə söyüş söyməyə başladı”.

Previous Post

DƏLƏDUZLARI KİMLƏR HİMAYƏ EDİR

Next Post

GƏNCƏDƏ VƏKİL VƏ JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.