GƏNCƏDƏ VƏKİL VƏ JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Avqustun 19-da “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov, eləcə vəkil Xalid Bağırov  Gəncə şəhərində sökülən evlərlə bağlı çəkiliş apararkən mülki geyimli şəxslər tərəfindən saxlanılıblar.

Vəkil X.Bağırovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, jurnalistlər Gəncədə sökülən tarixi binaların şəkillərini çəkən zaman  3 nəfər mülki geyimli şəxsin təzyiqinə məruz qalıblar. Vəkil hadisə yerinə yaxınlaşaraq nə baş verdiyini soruşub və vkillik vəsiqəsini onlara təqdim edib:
“Həmin adamlar vəsiqəmi qaytarmaqdan imtina etdilər. Daha sonra məni də jurnalistlərlə birgə Kəpəz rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqovun yanına apararaq, iki saata yaxın orada saxladılar, sonra da Gəncə şəhər İcra Hakimiyyətinə apardılar. Buradan hər üçümüzdən rəsmi şəkildə üzr istəyib, anlaşılmazlıq olduğunu bildirdilər və bibi sərbəst buraxdılar”, –  deyə vəkil X. Bağırov bildirdi.

Previous Post

JURNALİST TƏHQİR EDİLİB

Next Post

JURNALİSTLƏRİN TƏZYİQƏ MƏRUZ QALMASI FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİNİN AÇILMASI TƏLƏBİ RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.