Jurnalist Xədicə İsmayılova airportda saxlanılıb

566A4E20-FA7C-42BF-8338-F8FAD6C1546D_w640_r1_s

Jurnalist Xədicə İsmayılova sentybarın 5-i səhər saatlarından Tiflisdən Bakıya qayıdarkən Bakı hava limanında saxlanılıb. Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

X. İsmayılova bildirib ki, əvvəlcə onu sərhədçilər saxlayıb, daha sonra isə gömrük əməkdaşlarına təhvil veriblər.

“Məni airportun çıxışına gətirdilər, əşyalarıma,bank kartlarıma baxış keçirdilər. Bütün əşyalarımı, bank kartlarımı, üzərimdə olan pulları alıblar.  Səfərdə ayağımı əzdiyim üçün ayağım sarğıda idi və həmin sarğını da açıb yoxladılar”, deyı jurnalist bildirib.

Xədicə İsmayılova iki saata yaxın Bakı aeroportunda saxlandıqdan sonra sərbəst buraxılıb.

Previous Post

Demokratiya Naminə İncəsənət və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən ictimai xadim, bəstəkar və Okean Elzi rok qrupunun solisti Svatoslav Vakarçuka birgə məktub

Next Post

Hüquq müdafiəçisinin həbsxanada döyüldüyü bildirilir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.