MAHAL İSMAYILOĞLUNUN ONA ŞƏR ATAN QADINLA ÜZLƏŞMƏSİ OLUB

Dünən (9 iyul) Abşeron rayon Polis Şöbəsində tanınmış jurnalist Mahal İsmayıloğlundan verilmiş şikayət üzrə istintaq hərəkətləri davam etdirilib.

İstintaq zamanı döyüldüyünü iddia edən qadınla M. İsmayıloğlu arasında üzləşmə aparılıb, habelə şahidlərin ifadəsi alınıb. Bu barədə RATİ-yə məlumat verən M. İsmayıloğlu ona Nəsibə adlı qadın tərəfindən şər atıldığını deyir: ”Üzləşmədə qadın israrla döyüldüyünü deyirdi. Guya bu ikinci hadisədir ki, mən onu döyürəm. Ən gülüncü isə odur ki, guya  mən onu döyən zaman  onu tanımadığı, yad adamlar xilas ediblər. Ancaq bu iddia tam yalan  şər və böhtandır”.
M. İsmayıloğlunun sözlərinə görə, şahid qismində ifadə verən  bağ qonşuları  Nəsibə adlı qadının  kimsə tərəfindən döyülməsi faktını görmədiklərini bildiriblər. Buna baxmayaraq jurnalist hesab edir ki, onun həbsi barədə sifariş var və onu bu yolla şərləyərək həbs etmək istəyirlər.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Qeyd edək ki, Mahal İsmayıloğlu uzun illər rəsmi dövlət qəzeti – Prezidentin İcra Aparatının orqanı  olan "Xalq qəzeti"ndə baş redaktor vəzifəsində çalışıb. 2002-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Hal-hazırda "Yeni Müsavat" qəzetində köşə yazıları ilə çıxış edir.

Previous Post

EYNULLA FƏTULLAYEV AVROPA MƏHKƏMƏSİNİN QƏRARINI GÖZLƏYİR

Next Post

HAKİM CİDDİ ƏSASLAR OLMADAN QƏZETƏ QARŞI İDDİANI İCRAATA GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.