Journalist Nijat Aliyev’s appeal being considered

İyunun 19-da Bakı apellyasiya məhkəməsində Mirzəli Abbasovun sədrliyi  ilə “Azadxeber.net” saytının həbsdə olan baş redaktoru Nicat Əliyevin və digərlərinin  apellyasiya şikayətinə baxılması prosesi davam edib.

Nicat Əliyevin vəkili Yalçın İmanovun bildirib ki, prosesdə müttəhimlərin vəkilləri müdafiə çıxışı ediblər. Onun sözlərinə görə, vəkillər çıxışlarında  müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığını əsas gətiriblər və məhkəmədən bəraət hökmünün çıxarılmasını  istəyiblər.

Müttəhimlərə gəldikdə isə onlar  apellyasiya şikayəti üzrə dəlillərə qiymət vermək istəməyiblər.

Məhkəmə prosesi iyunun 25-də davam edəcək.

Qeyd edək ki,  Apellyasiya məhkəməsinin ilkin baxış qərarından Ali Məhkəməyə şikayət olunmuşdu. Ali Məhkəmə şikayəti təmin etməyib və şikayətə məhkəmə  istintaqı keçirilmədən baxılır.

Xatırladaq ki, 2012-ci il may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.  9 dekabr 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Jurnalist bu hökmdən apellyasiya şikayəti verib.

Previous Post

Rauf Mirkadirov’s lawyers to appeal to European Court

Next Post

Appellate Court upholds journalist Nijat Aliyev’s conviction

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.