Rauf Mirkadirov’s lawyers to appeal to European Court

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində Camal Ramazanovun sədrliyi ilə“Zerkalo” qəzetinin həbsdə olan müxbiri Rauf Mirqədirovun apellyasiya şikayəti təmin  edilməyib.

Şikayət Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin Rauf Mirqədirovun  yanına notarius buraxmaqdan imtina etməsi ilə bağlı şikayətini təmin etməyən Nəsimi Rayon Məhkəməsinin qərarından verilib. 

Vəkil Elmar Süleymanov bildirib ki, müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin hakim heyətinin tərkibinə etiraz edib. O bildirib ki, bu hakimlər kobud prosessual pozuntulara yol verərək, Mirqədirovun qanunsuz həbsi ilə bağlı şikayəti təmin etməyiblər. Müdafiə tərəfi həmçinin prokuror Vasif Kərimova etiraz edərək  prosessual nəzarəti həyata keçirən prokurorun, yəni baş prokurorun müavini Rüstəm Usubovun prosesdə iştirakında israr ediblər. Lakin hakim müdafiə tərəfə bildirib ki, prokurorluq istənilən prokuroru məhkəməyə göndərə bilər.

Prosesdə çıxış edən Rauf Mirqədirov bildirib ki, prokurorluğun onu Türkiyə məhkəməsinə müraciət etmək hüququndan məhrum edən qərarı  Azərbaycanın imicinə ziyan vurur və vətəndaşın məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsi son 10-15 ildə Avropa Şurası məkanında görünməmiş hadisədir.

Müdafiə tərəfi pozulmuş hüquqlarının bərpası üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub.  Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Victim insists he was stabbed by Hasan Huseynli

Next Post

Journalist Nijat Aliyev’s appeal being considered

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.