JURNALİSTƏ MƏKTUBUN ALINMASINI TƏSDİQ EDƏN SƏNƏDİN GƏTİRİLMƏSİ TAPŞIRILDI

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "Bizim Yol" qəzetinin müxbiri Natiq Ədilovun Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin  hərəkətsizliyindən verdiyi iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

İlkin olaraq cavabdehin nümayəndəsi məhkəməyə arayış təqdim etdi. Həmin arayışda bildirilir ki, poçt xidmətindən məktubların təhvil alınmasını təsdiq edən heç bir sənəd yoxdur. Daha sonra iddiaçının nümayəndəsi N.Əliyevanın “Sorğunu nə vaxt almısınız?” sualını cavablandırdı. Cavabında bildirdi ki, “ 29 noyabr 2007-ci il tarixli sorğu bizə 27 dekabr tarixində daxil olub.” Bu zaman iddiaçı Natiq Ədilov məktubun TQDK-ya 3 dekabr 2007-ci il tarixində çatdırılması və Mustafazadə soyadlı şəxs tərəfindən imzalanaraq alınmasını təsdiq edən poçtdan gələn cavab məktubunu məhkəməyə təqdim etdi. Hakimin “Siz bunu necə izah edə bilərsiniz” sualına cavabdeh belə cavab verdi ki, “mən ümumi şöbədə “Mustafazadə” soyadlı bir şəxs tanımıram. Bunun haqda maraqlanaram”. Daha sonra hakim iddiaçı N.Ədilova məktubun 3 dekabr 2007-ci il tarixində  Mustafazadə adlı şəxs tərəfindən alındığını təsdiq edən sənədin məhkəməyə gətirilməsi haqqında göstəriş verdi. Məhkəmə 8 aprel saat 15:00-a qədər təyin olundu.
Previous Post

JURNALİSTLƏRİN ACLIQ AKSİYASI DAVAM EDİR

Next Post

FƏRƏMƏZ NOVRUZOĞLU ƏMƏLİYYAT OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.