FƏRƏMƏZ NOVRUZOĞLU ƏMƏLİYYAT OLUNUB

“Nota bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu düz bağırsağından  əməliyyat olunub.

Bu barədə RATİ-yə məlumatı qəzetin baş redaktoru  Sərdar Əlibəyli verib. O, bildirib ki, Topçubaşov adına eksperimental xəstəxanada əməliyyat olunan Allahverdiyev hal-hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, jurnalistin düz bağırsağındakı xəstəliyi həbsxanada olduğu zaman ağırlaşmışdı. Əməliyyatın aparılması üçün bəzi beynəlxalq təşkilatlar jurnalistə maliyyə yardımı ediblər.

Previous Post

JURNALİSTƏ MƏKTUBUN ALINMASINI TƏSDİQ EDƏN SƏNƏDİN GƏTİRİLMƏSİ TAPŞIRILDI

Next Post

İKİ QƏZET MALİYYƏ ÇƏTİNLİYİ İLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.