Həbsdəki jurnalistin evinin izləndiyi bildirilir

398327_525389854153700_112437647_n

Həbs edilmiş və Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılan  “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az  saytının  rəhbəri  Pərviz Həşimlinin ailəsinin izlənildiyi bildirilir. Bu barədə bu gün (25 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı İlahə Həşimova məlumat verib.

Jurnalistin həyat yoldaşı bildirib ki, bu gün axşam tərəfi qapının dəstəyinin səsini gəldiyini eşitdim və qapının gözlüyündən baxarkən qara maskalı bir şəxsin qapının ağzında durduğunu gördüm.

“Mən dərhal Pərvizin dostu Elçin Rüstəmliyə və vəkil Bəhruz Bayramova zəng etdim.  Yasamal Rayon polis idarəsinin əməkdaşları və vəkil mənzilə gəldilər və  baxış keçirdilər.  Polis əməkdaşları mənə bildirdilər ki, məsələnin araşdırılması üçün ərazi üzrə sahə müvəkkilinə ərizə ilə müraciət edim və mən də müraciət etdim. Eyni zamanda polis əməkdaşları mənə bildirdilər ki,  Pərviz Həşimli siyasi məhbus olduğu üçün belə hallar baş verə bilər. Biz əvvəlki evimizdən azyaşlı qızımın stressdən uzaq olması üçün uzaqlaşmışdıq, ancaq bu gün daha çox stress yaşadı”, deyə jurnalistin həyat yoldaşı bildirib.

Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

P. Həşimli ittihamları qəbul etmir, hüquq müdafiə və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bəyan edir.

Previous Post

Azərbaycan Vətəndaş Cəmiyyətinin Birgə Bəyanatı

Next Post

Anar Məmmədli ev dustaqlığına buraxılmadı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.