Anar Məmmədli ev dustaqlığına buraxılmadı

anar

Dekabrın 25-də Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib.

Hüquq müdafiəçisinin vəkili Elçin Sadıqov məhkəmənin qərarının qanunsuz hesab etdiyini və bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Dekabrın 24-də Amerika Dövlət Departanmenti A. Məmmədlinin dərhal azadlığa buraxılması barədə bəyanat yayıb.

Qeyd edək ki, Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2(vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Previous Post

Həbsdəki jurnalistin evinin izləndiyi bildirilir

Next Post

Azadlıq Naminə Cəza Çəkənlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.