JURNALİST ÖZ MÖVQEYİNDƏ İSRARLIDIR

“Yüksəliş Naminə” qəzetin muxbiri Elçin Həsənovun RATİ-yə verdiyi məlumata görə, o döyülmə faktı ilə bağlı cinayət işinin başalanması barədə Səbail Rayon Məhkəməsinə və Səbail Rayon  Prokurorluğuna  ərizə təqdim  edib. 

Ərizə piketin bəzi digər iştirakçıları tərəfindən imzalanıb.
Xatırladaq ki, "Yüksəliş naminə" qəzetinin müxbiri Elçin Həsənov 14 dekabr 2007-ci il tarixində "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahidovun qanunsuz tutulmasına və ölkədə azad sözün boğulmasına etiraz piketini jurnalist kimi işıqlandırarkən polis tərəfindən döyülüb.  Jurnalist bildirmişdi ki, o Səbail rayon 39-cu polis bölməsinə gətirilib və orada təhqirlərə məruz qalıb.

Previous Post

“XURAL”-A YENƏ DƏ İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Next Post

TERRİ DEVİS NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.