“XURAL”-A YENƏ DƏ İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Dünən (21 yanvar) Nərimanov Rayon Məhkəməsinin hakimi Asif Allahverdiyevin sədrliyi ilə Yevlax İcra başçısının və Yevlax ictimaiyyətinin “Xural” qəzetinə qarşı qaldırdığı iddia əsasında keçirilən prosesdə qərar qəbul edilib.

Qəzetin baş redaktoru Əvəz Zeynallı 2 il müddətinə aylıq əmək haqqının 20%-i dəyərində, məqalələrin müəllifi Vüqar Qurdqanlı isə 1 il 6 ay müddətinə aylıq əmək haqqının 20%-i məbləğində islah işləri ilə cəzalandırılıb. Bu haqda RATİ-yə məlumat verən Zeynallı eyni zamanda qeyd edib ki, Nərimanov rayon məhkəməsinin qərarı onlara təqdim olunan kimi  qərardan Apellyasiya şikayəti verəcəklər.
Xatırladaq ki, Yevlax Şəhər İcra Başçısı Elmar Vəliyev, Yevlax rayon ağsaqqaları və ziyalıları və Yevlax ictimaiyyəti "Xural" qəzetinin 21-27 oktyabr 2007-ci il tarixli sayında "Dövran Əliyevlərin deyil, Vəliyevlərindir", 4-10 noyabr 2007-ci il tarixli sayında "Elmar Vəliyev Prezidenti aldadıb!", 11-17 noyabr 2007-ci il tarixli sayında "Elmar Vəliyev adına Yevlax MMC" adlı məqalələri yalan, böhtan və şantaj kimi qiymətləndirərək, qəzetin baş redaktoru Ə.Zeynallını və məqalənin müəllifi Vüqar Qurqanlını məhkəməyə verərək, onların  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında cəzalandırılmasını və qəzetin 150000 AZN məbləğində cərimələnməsini istəmişdilər. Hakim iddia ərizələrinin eyni məzmunda olmasını əsas tutaraq, işə bir iddia ərizəsi üzrə baxılması qərarına gəlmişdi və iddia ərizələri bir iddia ərizəsində birləşdirilmişdi.

Previous Post

MTRŞ PEYK YAYIMI HAQQINDA QANUN LAHİYƏSİ HAZIRLAYIR

Next Post

JURNALİST ÖZ MÖVQEYİNDƏ İSRARLIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.