JURNALİSTİN APELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə  “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun Səbail Rayon Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qərarından verilən apelyasiya şikayəti təmin edilməyib.

Bu barədə bu gün (19 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

Xatırladaq ki, R.İbrahimov 19 aprel 2011-ci ildə Prezident Administrasiyasının (PA) qarşısında “Mur-AY” MMC tərəfindən aldadılan payçıların etiraz aksiyasından reportaj hazırlayarkən təzyiqlərə məruz qalıb. Jurnalist təzyiqinə məruz qaldığı polis əməkdaşlarının barəsində tədbir görülməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməyib və məhkəmə 03 avqust 2011-ci il tarixdə iddianın təmin edilməməsi barədə qərar elan edib. Bundan sonra R.İbrahimov həmin qərardan apellyasiya şikayəti verib.

 

Previous Post

İMİŞLİ SAKİNİ MƏMUR ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDİR

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.