Bu gün (11 may) bir qrup Qarabağ əlilinin “ZQAN” Holdinqin qarşısında keçirdikləri oturaq aclıq aksiyasından reportaj hazırlayan jurnalistə – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyevə polis və mülki geyimli şəxslər təzyiq göstəriblər.
Belə ki, qanuni peşə fəaliyyətini yerinə yetirən jurnalist, ərazini tərk etməyi əmr edən həmin şəxslərin kimliyini soruşub və onların şəkilini çəkib. Polis və mülki geyimli şəxslər isə zorla jurnalistdən kameranı almağa və görüntüləri silməyə cəhd göstəriblər. Onlar buna etiraz edən R.Əliyevi zorla ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, metronun “28 May” stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində köşkləri əllərindən alınan sahibkarlar, hüquqlarının ZQAN Holdinq tərəfindən pozulduğunu iddia edərək, aksiya keçirirlər.