SEÇKİLƏR BARƏDƏ YAZDIĞINA GÖRƏ JURNALİST MƏHKƏMƏYƏ VERİLİB

Bu gün (22 noyabr) Masallı rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi ilə 07 noyabr parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası Tərəfindən elan edilmiş nəticələrə görə qalib gəlmiş Novruzəli Aslanovun  "Tribuna" İnformasiya Agentliyinin (www.tia.az) baş redaktoru Əlişir Əhədə qarşı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Əlişir Əhədin özü məlumat verib.

Onun bildirdiyinə görə, məhkəmənin vaxtı barədə ona gec məlumat verildiyindən, prosesdə iştirak edə bilməyib və bu barədə  sonradan məlumat əldə edib. Hakim işi icraata qəbul edib və məhkəmə  dekabrın 2-si saat 11:00-a təyin edilib.

Xatırladaq ki, deputat Novruzəli Aslanov  13 noyabr 2010-cu il tarixində  "Tribuna" İnformasiya Agentliyi (tia.az) saytında gedən “86 saylı dairədə daş qayaya rast gəlib” başlıqlı yazıda onun şərəf və ləyaqətinin  təhqir edildiyini əsas gətirərək, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə jurnalistin cəzalandırılması və 20 000 (min) manat məbləğində cərimə edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBRLƏRİ 15.-20 NOYABR

Next Post

EYNULLA FƏTULLAYEVİN AZADLIĞI ÜÇÜN VERİLƏN VƏSATƏTLƏR TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.