“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb

Km51EXEX4Hl5

Bu barədə bu gün (27 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Vəkil N. Kərimli Tofiq Yaqubluya qarşı irəli sürülən yeni ittihamı əsassız hesab etdiyini və bunun istintaqın , eləcə də həbsqətimkan tədbirinin müddətini uzatmaq məqsədi daşıdığını bildirdi: “Tofiq Yaqublu  həbs olunarkən  Cinayət Məcəlləsinin (CM)  233-cü və 315.2-ci maddələri ilə ittiham olunurdu. İndi isə ona qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verildi və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürüldü.

Bu, daha ağır ittihamdır. Çünki 233-cü maddə ictimai qaydanın pozulması hərəkətlərində iştirakı nəzərdə tuturdusa, 220.1-ci maddə kütləvi zorakılığın törədilməsi ittihamıdır. Bu maddə dörd ildən on iki ilədək həbs nəzərdə tutur”. Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Previous Post

Jurnalistin işi üzrə şahid dindirilib

Next Post

Müxalifət qəzetin əməkdaşı Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən döyülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.