Müxalifət qəzetin əməkdaşı Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən döyülüb

563963_496676210346932_1953231777_n

Aprelin 27-də “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qarayev fiziki hücuma məruz qalıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Xalid Qarayev məlumat verib. Jurnalistin sözlərinə görə bu gün səhər saatlarında işə gedərkən “20 yanvar” metrosunun yaxınlığından keçərkən bir taksi sürücüsünün Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyüldüyünün şahidi olub:

“Vəziyyəti gördükdə yaxınlaşıb özümü təqdim etdim və jurnalist olduğumu bildirərək, nə baş verdiyini soruşdum. Bu zaman nazirliyin maşınının içərisində əyləşmiş digər şəxs maşından düşərək yanımıza
gəldi və hər ikisi məni itələyərək, zərbələr endirməyə başladılar. Onlar mətbuatın ünvanına ağır ifadələr söylədilər, istədiklərini edə biləcəklərini deyərək,  fotokameramı əlimdən aldılar. Sonra da maşınlarına əyləşərək, çıxıb getdilər” –deyən X. Qarayev durumla bağlı Nəqliyyat Nazirliyinə və Mətbuat Şurasına edilən zənglərin nəticəsiz olduğunu bildirdi.

Onu da qeyd ed’k ki, təsadüfən  hadisə yerinə  gəlmiş azadlıq qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi   vəsiqəsini göstərməklə  hadisəyə müdaxilə etməyə çalışarkən nəqliyyat nazirliyinin müfəttişləri ona da kobudluq göstərərək Azadlıq qəzetinin ünvanına nalayiq sözlər işlədiblər.

Previous Post

“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb

Next Post

Azərbaycanda Media Azadlığı ilə Bağlı Durum Pisləşməyə Doğru Gedir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.