Jurnalistin həbs müddəti yenidən uzadıldı

Km51EXEX4Hl5

“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublunun həbsi 3 ay uzadılıb. Bu barədə bu gün (16 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Vəkil N. Kərimli mayın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə  keçirilən proses zamanı  prokurorluğun verdiyi vəsatətin təmin edildiyini deyib.

“Hakim vəsatətə baxdı və Tofiq Yaqublunun həbs qətimkan tədbirini daha 3 ay uzatdı” –deyə bildirən N. Kərimli qərardan apellyasiya şikayətinin veriləcəyini qeyd edib.

 Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

Media nümayəndələri baş redaktorun işi siyasi sifariş hesab edir

Next Post

Jurnalistin məhkəməsinin izlənilməsinə imkan verilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.