Media nümayəndələri baş redaktorun işi siyasi sifariş hesab edir

051600036424

“Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin həbs oluna bilməsilə bağlı RATİ-də mətbuat konfransı keçirilib. Qəzetin baş redaktoru Nəsimi Şərəfxanlı Gəncədə keçirilən məhkəmə prosesində dövlət ittihamçısının Şirin Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum olunmasını istədiyini deyib. Müdafiə tərəfi hakimin dərhal qərar çıxarmaq istəyinin qarşısını ala bilib və növbəti məhkəmə prosesi mayın 20-nə təyin edilib.

Daha sonra N. Şərəfxanlı qəzetə qarşı təzyiq və məhkəmə prosesinə səbəb olan hadisələrə toxunub. Bildirib ki, 2010-cu ilin mayında Mətbuat Şurası “gündəm xəbər”lə bağlı korrupsiya idarəsinə şikayət edib.

Şirin Cəfəri və onun vəkili Elçin Sadıqov qəzetə qarşı vergidən yayınma ilə bağlı hesablamaların düzgünaparılmadığı nəzərə çatdırıblar. Belə ki, 2009-cu ildə həftədə 2 dəfə, 2010-da 3 dəfə, 2011-ci ildə həftədə 5 dəfə çıxan qəzetə qarşı istintaq “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin dövriyyə və nüsxə sayı ilə vergi hesablayıb. Elçin Sadıqov belə hesablama üsulunun “Xural” və bir də “Gündəm Xəbər” qəzetlərinə tətbiq olunduğunu bildirib.

“İstintaq “Gündəm Xəbər” qəzetinin satışını 100% hesablayıb, bir çox xərcləri, qəzetin satılmayan hissəsini nəzərə almayıb. Nəticədə 71 min manat həcmində vergidən yayınma məbləği ortaya çıxıb. Reallıqda isə qəzetin istintaq müddətini əhatə edən dövrdə 2140 nüsxəsi satılıb, bu satışdan 16 min pul qazanılıb, bu məbləğin vergi borcunu da  ödəməyə hazır olduğumu məhkəmədə bildirmişəm”,-deyə jurnalist qeyd edib.

Vəkil E. Sadıqov bildirib ki, bu cinayət işi üzrə istintaqı Baş Prokurorluğun aparması və işə Kəpəz Rayon Məhkəməsində baxılması qanuna uyğun deyil.

Məhkəmə prosesinə gəlincə, qəzetin qaldırdığı vəsatətlərin heç biri
təmin edilməyib. Elçin Sadıqov bunu məhkəmənin sifarişli olması ilə izah edib və məhkəmənin çıxaracağı qərarı “siyasi sifarişin nəticəsi” adlandırıb.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev sonrakı məhkəmə mərhələlərində müdafiənin gücləndirilməsinin vacib olduğunu deyib. Diqqəti daha çox məsələnin ictimailəşməsinə yönəltməyi təklif edib.

Previous Post

Jurnalistin şəxsi həyata müdaxilə edilib

Next Post

Jurnalistin həbs müddəti yenidən uzadıldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.