JURNALİST PASPORT ALA BİLMİR

Müəllifi olduğu “Bir ömürlük mübarizə” kitabının məhv edilməsi barədə 2008-ci ildə Qaradağ rayon Məhkəməsinin verdiyi qərarın icrası ilə bağlı akt ala bilmədiyinə görə jurnalist Anar Mahmudoğlu (Niftəliyev) pasport ala bilmir.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.  “Məni 3 ay 10 gündür ki, get-gələ salıblar. Cəmi 1 kitab əlimdə qalmışdı. Onu da məhkəmə icraçısına təqdim etmişəm. Amma mənə məhkəmə qərarının icrası barədə akt təqdim edilmir”, – deyə A.Mahmudoğlu bildirdi.
Məhkəmə icraçısı Hüseyn Veysiyev isə məsələdə jurnalisti günahkar hesab etdi. “Vətəndaş Anar Niftəliyev Milli Elmlər Akademiyasının Folklorşünaslıq İnstitutunun direktoru Hüseyn İsmayılovun “Bir ömürlük mübarizə” kitabının redaktoru olmamağına görə ondan rəsmi üzür istəniləsi barədə sənədi, kitabın məcburi və müəllifdə qalan nüsxələrini də bizə təqdim etməlidir. Bundan sonra ona akt verilə bilər”, – deyə məhkəmə icraçısı qeyd etdi. 
Previous Post

ПИТЕР СЕМНЕБИ РЕКОМЕНДУЕТ ОППОЗИЦИИ НЕ ТЕРЯТЬ НАДЕЖДЫ

Next Post

PİTER SEMNEBİ MÜXALİFƏTƏ ÜMİDİNİ İTİRMƏMƏYİ TÖVSİYƏ EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.