JURNALİST ONU DÖYMÜŞ MÜĞƏNNİNİN HƏBSİNİ İSTƏYİR

“Mən Vasif Məhərrəmlinin həbs olunmasını istəyirəm”. Bu sözləri RATİ-ə “ANS PRESS”-in müxbiri Vüqar Kamiloğlu deyib.

Kamiloğlu RATİ-nin əməkdaşı ilə söhbətində onu da bildirib ki,  artıq  faktla bağlı Yasamal rayon Polis İdarəsində (RPİ) Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb və iş müstəntiq Anar Məmmədovun icraatındadır. Jurnalist eyni zamanda tibbi ekspertizadan da keçdiyini və ekspertizanın rəyinin Yasamal RPİ-ə göndərildiyini bildirib.
Məsələ ilə bağlı RATİ əməkdaşları Yasamal RPİ-nin müstəntiqi Məmmədovla əlaqə saxlamaq istəsələr də, müstəntiq telefon zənglərimizə cavab verməyib.
Xatırladaq ki, dekar ayının 1-də “ATV” telekanalında yayımlanan “EL içində” verilişinin çəkiliş prosesində “ANS PRSS”-in müxbiri Vüqar  Kamiloğlu ilə müxənni Vasif Məhərrəmli arasında mübahisə baş verib. Mübahisə nəticəsində V.Məhərrəmli jurnalistin üzərinə hücum çəkərək ona üz nahiyəsindən yumruqlarla zərbələr endirib.      
 

 
 

Previous Post

Qənimət və Sakit Zahidovların atalarının yas mərasimi

Next Post

RATİ SƏDRİNİN SİKAYƏTİ APELYYASİYA MƏHKƏMƏSİNƏ QAYTARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.