RATİ SƏDRİNİN SİKAYƏTİ APELYYASİYA MƏHKƏMƏSİNƏ QAYTARILIB

Noyabrın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında hakim Ələsgər Əliyevin sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə E.Hüseynovun iddiasını qismən təmin edib. Belə ki, Apellyasiya məhkəməsinin qərarını ləğv edərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxardıb.
 
      Qeyd edək ki, məhkəmə iclası E.Hüseynov və onun vəkili Elçin Sadıqovun iştirakı olmadan keçirilib. Bu barədə RATİ-yə məlumat verən Sadıqovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində məhkəmənin iddiaçını məhkəmə prosesinin vaxtı barədə lazimi qaydada məlumatlandırılması nəzərdə tutulub: ”Mən Hüseynovun vəkiliyəm, heç mənə də xəbərnamə gəlməyib və proses barədə xəbərsiz olduğumuzdan məhkəmə iclasında iştirak etməmişik”.

     Hüseynov da məhkəmə prosesi barədə xəbərsiz olduğunu və qərarın surətini dünən (03 dekabr) aldığını dedi: “Qərarda yazılıb ki, güya mənə və vəkilimə xəbərdarnamə göndərisə də, biz səbəb göstərmədən prosesdə iştirak etməmişik. Əslində bu məlumat düzgün deyil, nə mən, nə də vəkilim Sadıqova bu proses barədə məlumat verilməyib və biz xəbərnamə də almamışıq”.

     Belə ki, həm Hüseynov, həm də vəkili Sadıqov Ali Məhkəmənin qərarını müsbət hal hesab etsələr də, ümumilikdə baş verənləri məhkəmə süründürməçiliyi kimi dəyərləndirirlər.

     “Hüseynovun iddiası ilk məhkəmə instansiyasında icraata götürülməli idi. Amma iddianın rədd edilməsi və Alı Məhkəməyə qədər bu işin gedib çıxması və yenidən işin Apellyasiya Məhkəməsinə qaytarılması yalnız süni süründürməçilikdən xəbər verir”, – deyə vəkil Sadıqov vurğuladı.

     Qeyd edək ki, Hüseynovun Daxili İşlər Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və bu idarənin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia Nəsimi rayon Məhkəməsinin hakimi İkram Şirinov  tərəfindən çıxarılan qərardadla geri qaytarılmışdı. Qərardadda qeyd edilirdi ki, "iddiaya xüsusi deyil, ümumi qaydada baxılmalıdır, cavabdehlərin hər birindən 50 000 AZN olmaqla, ümumilikdə 150000 AZN təzminat tələb olunur, iddia ərizəsindəki bu xüsusat xüsusi qaydada deyil, ümumi icraatda araşdırılmalıdır".

      İddiaya səbəb isə Hüseynovun polis tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalması səbəb olub.
 

Previous Post

JURNALİST ONU DÖYMÜŞ MÜĞƏNNİNİN HƏBSİNİ İSTƏYİR

Next Post

YARADICI GƏNCLƏR XARİCİ RADİOSTANSİYALARIN YAYIMININ DAYANDIRILMASINA ETİRAZ EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.