HƏDƏLƏNMİŞ JURNALİST POLİSDƏ İZAHAT VERİB

“Şou Akademiya” qəzetinin əməkdaşı Vüqar Kamiloğlu RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, müğənni Ədalət Şükürov tərəfindən hədələnməsi ilə bağlı  izahatın alınması üçün onu Yasamal Rayonu 28-ci polis bölməsinə çağırıblar.

Bu gün  bölmədə izahat verdiyini bildirən jurnalist əlavə edib ki, 10 gün ərzində Ədalət Şükürov da  bölməyə çağırılacaq və ondan izahat alınacaq. Xatırladaq ki, Vüqar Kərimoğlu fevralın 2-də Ədalət Şükürov tərəfindən təhqir edilmiş və ölümlə hədələnmişdi. Jurnalist bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
 

Previous Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Next Post

Footage of “Azadlig” correspondent A. Khalil getting beat up

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.