AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil RATİ-yə məlumat verib ki, onun döyülməsi ilə əlaqədar Binəqədi Rayon 7-ci polis bölməsində araşdırma aparılır.

Cinayət işinin hələlik açılmadığını deyən jurnalist işin istintaqa göndərilməli olduğunu bildirib.
Jurnalist əlavə edib ki, baş vermiş hadisə ilə bağlı ABŞ səfirliyində olub. ABŞ səfirinin insan haqları və demokratiya məsələləri üzrə müşaviri  Rebeka Naslund hadisənin təfərrüatları ilə maraqlanıb, bu məsələni nəzərdə saxlayacaqlarını və yardımçı olmağa çalışacaqlarının  vurğulayıb.
  “Mediaforum” saytının yaydığı məlumata əsasən, jurnalisti döyən şəxslərdən birinin kimliyi artıq müəyyənləşib. Bu barədə məlumatı 7-ci polis bölməsinin təhqiqatçısı Elnur Əliyev verib. Onun sözlərinə görə, ikinci şəxsin adı müəyyənləşdikdən sonra həmin şəxslərin kimliyi açıqlanacaq.

Previous Post

FƏTULLAYEVƏ YALNIZ HÖKUMƏTYÖNÜMLÜ QƏZETLƏR VERİLİR

Next Post

HƏDƏLƏNMİŞ JURNALİST POLİSDƏ İZAHAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.