JURNALİSTLƏRƏ VƏ AİLƏ ÜZVLƏRİNƏ YARDİM EDİLİB

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu”  İdarə Heyəti yeni müraciətlərə baxaraq ümumi məbləğiı 1000 manat olan yardım ayırıb.

Məlumatı RATİ-yə  fonddan daxil olub.
Məlumata əsasən, fondun nizamnaməsinin “həbs edilən jurnalistlərin ailə üzvü və ya rəsmi nümayəndəsinə yardım” bəndinə uyğun olaraq “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə (həyat yoldaşı Ayəndə Mürsəliyevanın müraciətinə əsasən) və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevə (atası Emin Fətullayevin müraciətinə əsasən) 300 AZN həcmində yardım ayrılıb.
Məhkəmə prosesinə cəlb edilən jurnalistin məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə “Proqnoz” qəzetinə (redaksiyanın müraciətinə əsasən) 200 manat həcmində yardım edilib.
Peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsi məqsədilə “Realnı Azerbaydjan” qəzetinin şöbə redaktoru Üzeyir Cəfərova isə 200 AZN üəcmində  yardım ayrılıb.
Qeyd edək ki, fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və “Demokratik Jurnalistlər Liqası”dır.

Previous Post

“GÜNDƏLİK BAKI”NIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

MƏTBUAT ŞURASI “BÖYÜK NAXÇIVAN” QƏZETİNƏ XƏBƏRDARLIQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.