JURNALİSTİN POLİSDƏN VERDİYİ ŞİKAYƏT GERİ QAYTARILIB

Ötən həftə Səbail rayon Məhkəməsi jurnalist Yafəs Həsənovun Daxili İşlər Nazirliyi  (DİN) ilə bağlı verdiyi şikayət ərizəsini geri qaytarıb. Bu barədə bu gün (14 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Y. Həsənov məlumat verib.

Y. Həsənovun sözlərinə görə, məhkəmədən ona təqdim edilən  cavabda işin dövlət qurumu ilə əlaqəli olması səbəbindən inzibati məhkəməyə göndərilməsi məsləhət görülüb.

Xatırladaq ki, Y. Həsənov 2010-cu ilin oktyabrında yaşadığı Naxçıvan Muxtar Respublikasında jurnalist fəaliyyətinə əsasən  təzyiq və təqiblərə məruz qaldığını bildirərək, DİN-ə müraciət etmişdi. DİN-nin onun müraciətinə laqeyd münasibət göstərdiyini bildirən Y. Həsənov Səbail rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsə də, məhkəmə şikayət ərizəsini geri qaytarıb.

 

Previous Post

EV HEYVANLARININ MÜDAFİƏSİ TƏLƏB EDİLİR

Next Post

ALİ MƏHKƏMƏ DƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.