
Fevralın 11-də Ali Məhkəmədə hakim Əli Rüstəmovun sədrliyi ilə jurnalist Yaşar Ağazadənin sel fəlakəti ilə əlaqədar olaraq yaradılmış Hökumət Komissiyasına qarşı informasiya sorğusunun cavablandırılmamasına dair Apellyasiya Məhkəsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Onun sözlərinə görə, məhkəmə Hökumət Komissiyasına qarşı olan şikayətin təmin edilməməyi barədə qərarını elan edib. X. Ağəliyev onu da bildirdi ki, məhkəmənin bu qərarından Avropa Məhkəməsinə şikayət hazırlanacaq.
Xatırladaq ki, jurnalist Yaşar Ağazadə 2010-cu ilin iyulunda təbii fəlakətlə bağlı yaradılmış Hökumət Komissiyasının sədri Artur Rəsizadəyə informasiya sorğusu ilə müraciət edərək, təbii fəlakətdən zərərçəkmiş şəxslərə veriləcək kompensasiyaların məbləğini müəyyən edən sənədlərin, kompensasiyaların ödənilməsi ilə bağlı hesabatların, icra hakimiyyəti qurumlarının fəlakətlə bağlı qəbul etdiyi digər aktların surətlərinin ona verilməsini xahiş etsə də, bunun nəticəsi olmayıb. Səbail rayon Məhkəməsi 2010-cu ilin avqust ayında iddianın təmin edilmədiyi barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də 2010-cu ilin oktyabr ayında apellyasiya şikayətinin təmin etməyib.