JURNALİSTİN TELEŞİRKƏTƏ QARŞI APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (28 mart) Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə telejurnalist İlhamiyyə Rzanın “Space”  Teleradio Şirkətinə qarşı iddiası üzrə  məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində İlhamiyyə Rzanın nümayəndəsi Nurlana Əliyeva və “Space” telekanalının vəkili Əlirza Həbilov iştirak edirdilər.

Prosesdə hər iki tərəfin çıxışı dinlənilib və onların hər biri öz mövqelərini müdafiə etdiklərini bildiriblər.

Müşavirədən qayıdan hakim  Nəbiyev apellyasiya şikayətinin təmin edilməməyi ilə bağlı qərarını elan etdi.

Prosesdən sonra Nurlana Əliyeva RATİ-yə hakimin bu qərarından kassasiya şikayəti veriləcəyini bildirdi.

Xatırladaq ki, telejurnalist İlhamiyyə Rzayevanın “Space” Teleradio Şirkətinə qarşı “Şəxsi həyata müdaxilənin qanunsuz sayılması” iddiasına əsasən  02 dekabr 2009-cu il tarixində Yasamal rayon Məhkəməsinə müraciət edib. Yasamal rayon Məhkəməsi 18 yanvar 2010-cu il tarixli qətnaməsində iddianın təmin edilməməyi barədə qərar verib. 4 iyin 2010-cu il tarixində Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar verib.  Ali Məhkəmə 3 dekabr 2010-cu ildə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, işin təkrar apelyasiya baxışına qaytarılması barədə  qərar çıxarmışdı.

 

 

Previous Post

CABBAR SAVALANLI İLƏ BAĞLI VERİLMİŞ DAHA BİR ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

Next Post

APELLYASIYA MƏHKƏMƏSİ RADİO MÜSABİQƏSİ ÜZRƏ İDDİAÇILARIN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.