ALİ MƏKTƏBDƏN QOVULMUŞ JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Sentyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə keçirilən prosesdə jurnalist  Elmin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) bərpa edilməsi ilə bağlı iddiasının   icraata qəbul edilməməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Bu barədə bu gün (13 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun vəkili Fariz Namazlı  məlumat verib.

Vəkil bildirib ki, çıxarılan qərardan kassasiya şikayəti veriləcək.
Xatırladaq ki,  “Yeni Müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. E. Bədəlov pozulmuş təhsil hüququnun bərpası üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi barədə qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.
Elmin Bədəlov təhsil hüququnun bərpa olunması üçün yenidən məhkəməyə müraciət etmişdi.

Previous Post

“GÜNEY AZƏRBAYCAN MƏSƏLƏSİ”NİN DOSTU VƏ DÜŞMƏNLƏRİ

Next Post

VƏKİLİ FƏRƏMƏZ NOVRUZOĞLU İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.