VƏKİLİ FƏRƏMƏZ NOVRUZOĞLU İLƏ GÖRÜŞÜB

Sentyabrın 12-də vəkili Fariz Namazlı Kürdəxanı təcridxanasında saxlanılan “Millətim” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) ilə görüşüb. Bu barədə bu gün (13 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil F. Namazlı məlumat verib.

Vəkil bildirdi ki, jurnalist avqustun 22-də haqqında məhkəmə hökmü çıxarılandan sonra başladığı aclıq aksiyasını dayandırıb. Vəkil F.Novruzoğlu  barəsində Nizami rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixində çıxardığı  qərarından apellyasiya şikayəti veriləcəyini deyib.
Xatırladaq ki,   məhkəmənin hökmü ilə  F.Novruzoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – guya F.Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyasi ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – güya F.Novruzoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına  qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin hökmü ilə F.Novruzoglu cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.

Previous Post

ALİ MƏKTƏBDƏN QOVULMUŞ JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

“AZADLIQ” QƏZETİNİN APELLYASIYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.