JURNALİSTİN İŞİ SƏBAİL RAYON MƏHKƏMƏSİNƏ QAYTARILDI

Dünən (15 aprel) Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Səbail rayonu Qaz İstismar İdarəsinin (Qİİ) əməkdaşları Eyyub Səttarov və Mübariz Sultanovun müstəqil jurnalist Mələk Vəlizadəyə qarşı qaldırdığı iddia üzrə Səbail Rayon Məhkəməsinin qərarından verdiyi şikayət əsasında məhkəmə prosesi keçirilib.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı verən M.Vəlizadənin sözlərinə görə, hakim C.Ramazanov birinci instansiyanın qərarını ləğv edərək, işi yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim edib.
Qeyd edək ki, 2009-cu il fevral ayının 19-da Səbail rayon Məhkəməsində Famil Nəsibovun sədrliyi ilə Səbail rayonu Qaz İstismar İdarəsinin (Qİİ) əməkdaşları Eyyub Səttarov və Mübariz Sultanovun şikayətləri əsasında jurnalist M.Vəlizadə İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (söyməklə, xırda xuliqanlıq etməklə) ittiham edilərək, 50 manat məbləğində cərimə olunub. 
Xatırladaq ki, Mələk Vəlizadə “Zerkalo” qəzetində Qİİ-nin törətdiyi qanunsuzluqlardan bəhs edən “Qazovaya ataka v qod Bıka” adlı məqaləsini dərc etdirib. Müstəqil jurnalisti məhkəməyə verilməyinin səbəbinin də elə bu məqalə oldu.
Previous Post

“SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU” – NUN KEÇİRDİYİ MƏTBUAT KONFRANSI

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.