HÜQUQ MÜDAFİƏÇİLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRİB

Bu gün (16 aprel) Azərbaycan Media Mərkəzində "Sülh və Demokratiya İnstitutu" tərəfindən təşkil etdiyi "Hakimiyyətin siyasi partiyalara, media qurumlarına, jurnalistlərə qarşı təzyiq və təqib kampaniyaları" ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda çıxış edənlər Azərbaycanda son vaxtlar vətəndaş cəmiyyətinə, jurnalistlərə və QHT-lərə olan təzyiqlərin artmasından söz açdılar.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun sözlərinə görə təzyiq və təqib kompaniyalar fərqli düşünən adamlarda qorxu yaratmaq üçün həyata keçirilən addımlardır: "Biz hamıya çatdırmalıyıq ki, mətbuatdan sonra qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti hədəfdədir".
Sonra çıxış edən hüquqşünas Ənnağı Hacıbəyli bildirib ki, müstəqil fikir deyəni susdurmaq bir neçə yolla həyata keçirilir: “Onlar ya maliyyə mənbəyindən məhrum edilir, ya satın alınır, ya qeyri-hökumət təşkilatları bağlanır, ya da cinayət-mülki tədbirlər görmək üsullarına əl atılır".
Qeyd edək ki, "Sülh və Demokratiya institutu" Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının adından ölkə ictimaiyyətinə və beynəlxalq qurumlara müraciət yayıb.
 
Previous Post

JURNALİSTİN İŞİ SƏBAİL RAYON MƏHKƏMƏSİNƏ QAYTARILDI

Next Post

“XURAL” QƏZETİNƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA RƏDD EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.