BAŞ REDAKTORLAR MƏTBUAT ŞURASININ RƏYLƏRİNƏ MÜNASİBƏT BİLDİRİBLƏR

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası dekabrın 19-da bu il üçün özünün sonuncu iclasını keçirmişdi.

İclas zamanı “ANS Press Nəşriyyat Evi”nin şikayəti əsasında “Azadlıq fədailəri” qəzetinin üzr istəməsi, qarşı tərəfin mövqeyini əks etdirən yazı və ya təkzib verməsi barədə rəy çıxarmışdı. “Yeni nəfəs” qəzetində xalq şairi Balaş Azəroğlu haqqında gedən məqaləyə görə, Yazıçılar Birliyinin müraciəti əsasında qəzet rəhbərliyinə Balaş Azəroğludan üzr istəməsi, təkzib verməsi, məsələyə aydınlıq gətirməsi tövsiyyə olunmuşdu. Eyni zamanda “Ayna- Zerkalo” qəzetinin müraciəti əsasında bu qəzetdə gedən Ali Hərbi Məktəb haqqında gedən yazıya ekspert rəyi verilməsi ilə əlaqədar rəy çıxarılmışdı.

     “Azadlıq fədailəri” qəzetinin baş redaktotu Vüqar Qurdqanlı çıxarılmış rəylə əlaqədar olaraq RATİ ilə əlaqə saxlayıb və öz mövqeyini bildirib.

     Vüqar Qurdqanlı qeyd edib ki, “MŞ belə bir rəy verməklə qərəzli mövqe tutduğunu bildirib. MŞ ANS-in özlərinə qarşı çevrilməsindən qorxur. Elə bu səbəbdən də istənilən rəyi qəbul edir. O ki, qaldı “ANS-in pornaqrafiyası” başlıqlı yazıya biz ancaq ANS-in fəaliyyətini tənqid etmişik”. Baş redaktor onu da qeyd edib ki, “ANS Şirkətlər qrupu və MŞ-dan gələn istənilən fikri, rəyi və münasibəti öz qəzetimizdə dərc etməyə hazırıq. Üzr istəmək fikrimiz yoxdur”.

     “Yeni nəfəs” qəzetinin baş redaktoru Mübariz Məsimoğlunun mövqeyini öyrənmək üçün RATİ onunla əlaqə saxlayıb. Məsimoğlu bildirib ki, “MŞ-nın qəbul etdiyi rəy qeyri-qanunidir. Bizim qəzet MŞ-nın üzvü olmadığından onun qarşısında heç bir öhdəliyimiz yoxdur. Fikirləşirəm ki, bunun heç bir hüquqi əhəmiyyəti də yoxdur. Yazdığımız yazı “Yeni nəfəs”qəzetində yeni bir layihənin tərkib hissəsidir. MŞ bədii üslubla publisist üslubu qarışdırır. Balaş Azəroğlu yazının personajıdır”.

     Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə RATİ-nin əməkdaşı ilə söhbətində qeyd edib ki,  “Ayna-Zerkalo” qəzeti ilə bağlı ekspert rəyi MŞ-nın üzvləri tərəfindən hazırlanıb və bu rəy Şuranın sədri Əflatun Amaşova təqdim olunub.

Previous Post

JURNALİSTLƏRİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNUB

Next Post

JURNALİSTİN ŞİKAYƏTİ İCRAATA GÖTÜRÜLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.