JURNALİSTİN ŞİKAYƏTİNƏ BAXILIR

Bu gün DİN-in xüsusi tədqiqat inspektoru Rza Pənahovun qəbulunda olan “Yüksəliş naminə” qəzetinin müxbiri E.Həsənov RATİ-yə bildirib ki, onun dekabrın 14-də Səbail rayon 39-cu Polis bölməsinin polisləri tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar prezidentin şəxsi elektron ünvanına yazdığı şikayətə baxılır.

Belə ki, şikayət ərizəsi xüsusi araşdırılması üçün DİN-ə göndərilib. DİN-də R.Pənahov E.Həsənovdan izahat alıb və bildirib ki, məsələ araşdırıldıqdan sonra nəticə barədə ona məlumat veriləcək.

     Xatırladaq ki, "Yüksəliş naminə" qəzetinin müxbiri Elçin Həsənov.14 dekabr 2007-ci il tarixində "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahidovun qanunsuz tutulmasına və ölkədə azad sözün boğulmasına etiraz piketini jurnalist kimi işıqlandırarkən polis tərəfindən döyülüb.  Jurnalist bildirmişdi ki, o Səbail rayon 39-cu polis bölməsinə gətirilib və orada təhqirlərə məruz qalıb. Bununla əlaqədar olaraq, Həsənov prezidentin şəxsi elektron ünvanına və Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

Previous Post

KAĞIZIN BAHALAŞACAĞI BİLDİRİLİR

Next Post

EYNULLA FƏTULLAYEV ƏFV EDİLMƏMƏSİNİ SİFARİŞLİ HƏBSİ İLƏ ƏLAQƏLƏNDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.