JURNALİSTLƏR ACLIĞI DAVAM ETDİRİR

Martın 26-dan tarixindən aclıq aksiyasına başlayan Eynulla Fətullayev aksiyanı davam etdirir.

Bu barədə RATİ-yə məlumat verən jurnalistin atası Emin Fətullayev qeyd edib ki, baş redaktor cəzaçəkmə müəssisinin tibb məntəqəsinə yerləşdirilib.  Baş redaktor yalnız su içir və siqaret çəkir.
Bu aksiyaya dəstək olaraq martın 27-dən aclığa başlamış bir qrup jurnalist də aksiyanı davam etdirir. Bundan əlavə bəzi siyasi məhbuslar da həbsxanalarda aclıq aksiyasını davam elətdirir.
Bu gün RATİ-nin əməkdaşları “Yeni Müsavat” qəzetinin redaksiyasında aclıq müşahidə ediblər. Jurnalistlərdən biri – Natiq Cavadlının səhhəti pisləşdiyindən həkimə müraciət olunub.  16 saylı tibb məntəqəsinin iki əməkdaşı  jurnalistləri müayinə etdikdən sonra müəyyən olundu ki, aclıq edən jurnalistlərin hamısında qan təzyiqi kəskin surətdə düşüb. Ən ağır vəziyyət isə Natiq Cavadlıda olub. Onun təzyiqi 80/50-dir. Həkim jurnalistlərə qidalandırıcı iynələrin vurulmasını təklif edib, lakin jurnalistlər bunun aclıq aksiyasının prinsiplərinə zidd olduğunu bildirərək bundan imtina ediblər.
Bu gün Ombudsman aparatının nümayəndələri də aclıq edən jurnalistlərə baş çəkiblər. Aparat nümayəndələri bu məsələni diqqətdə saxladıqlarını bildirdilər və Ombudsman adından jurnalistlərə aclığı dayandırmağı təklif etdilər. Ş. Çobanoğlu bildirdi ki, onlara verilən bütün təklifləri müzakirə edirlər: “lakin E. Fətullayevin də tələblərinə reaksiya verilməlidir. Biz Ombudsmandan bu məsələ ilə əlaqədar açıqlama verməyi, bizim tələblərin yerinə yetirilməsinə köməklik göstərməyi xahiş edirik”.
Hazırda aksiyada “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu, qəzetin əməkdaşı Natiq Cavadlı, Elşən Babaxanlı və “Yeni Müsavat” qəzetinin redaktoru Zahid Səfəroğlu iştirak edir. Dünəndən aclıq aksiyasına qoşulan Azərbaycan Demokratik Gənclər Hərəkatının sədri Ağasif Şakiroğlunun orta məktəbdə oxuması bəlli olduqdan sonra aksiyanın digər iştirakçıları ondan aclığı dayandırmağı tələb ediblər. Eyni zamanda qan təzyiqi kəskin aşağı düşdüyündən A. Şakiroğlu bu gün aclığı dayandırıb.

Previous Post

BU GÜN “AZADLIQ” QƏZETİNİN DAHA İKİ ƏMƏKDAŞI DİNDİRİLİB

Next Post

Journalists’ Hunger-strike (March 29-30)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.