BU GÜN “AZADLIQ” QƏZETİNİN DAHA İKİ ƏMƏKDAŞI DİNDİRİLİB

Bu gün Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “Azadlıq” qəzetinin əməkdaşı Aqilı Xəlilin bıçaqlanması ilə əlaqədar qəzetin daha iki əməkdaşı dindirilib.

Bu haqda  RATİ-yə məlumat verən qəzetin baş direktoru Azər Əhmədov bildirib ki, “qəzetimizin əməkdaşı Aytən Məmmədova və keçmiş əməkdaşımız Alı Rzayev bu gün Prokurorluğa çağırılıb”.
Qeyd edək ki, dünən (29 mart) qəzetin baş redaktoru Azər Əhmədov müstəntiq Əli Quliyev, baş redaktorun müavini Pərviz Cəbrayılov müstəntiq Ariz Əliyev, məsul katib Elşən Şirinov və müxbir Gültəkin Hüseynova isə müstəntiq Pərviz İbayev tərəfindən dindirilmişdi. Dindirilmə zamanı onlara Aqil Xəlilin fevralın 22-də döyülməsi və  martın 13-də bıçaqlanması ilə əlaqədar “həmin gün işə gələrkən nə geyinmişdi, işdən gedəndə kimə dedi, hadisə yerində onu kim qarşıladı” kimi suallar verilib.

Previous Post

CAVABDEH MƏHKƏMƏYƏ NÖVBƏTİ DƏFƏ QƏBZ TƏQDİM ETMƏDİ

Next Post

JURNALİSTLƏR ACLIĞI DAVAM ETDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.