SOSİAL TƏLƏBLƏ KEÇİRİLƏN AKSİYADA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Dekabrın 22-də  “Mur-Ay” Məhtud Məsuliyyətli Cəmiyyət tərəfindən aldadılaraq zərərçəkmiş bir qrup şəxsin Prezident Administrasiyası önündə keçirdiyi etiraz aksiyası zamanı jurnalistlər təzyiqlə üzləşiblər.

Belə ki,  Prezident Administrasiyasının mühafizə xidməti “Turan” İnformasiya Agentliyinin əməkdaşları Rasim Əliyevin, Mehman Hüseynovun, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Əbülfət Namazovun, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun və “Yeni Müsavat”  qəzetinin əməkdaşı Elmin Bədəlovun vəsiqələri alınıb. Habelə Rasim Əliyev  Prezident Administrasiyası binasinin mühafizə otağına aparılıb və onun  apardığı video çəkilişə baxış keçirilib. Daha sonra isə jurnalistlərin vəsiqələri özlərinə qaytarılıb və onlardan Prezident Administrasiyası binasını çəkməmələri tələb edilib.

 

Previous Post

NƏQLİYYAT NAZİRİNİN OĞLUNUN QƏZETƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVAR

Next Post

NƏQLİYYAT NAZİRİNİN OĞLUNUN QƏZETLƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVAR AYINA TƏYİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.