GƏNCLƏRİN KEÇİRDİYİ AKSİYADA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

leftMartın 11-də bir qrup gəncin “Facebook” sosial şəbəkəsi vasitəsilə   hökumət əleyhinə  təşkil etdikləri “Böyük Xalq Günü”  aksiyası ilə  bağlı  Azərbaycanın paytaxtı Bakı şəhərində  fövqəladə vəziyyət yaşandı. Səhər saatlarından etibarən bütün ali və orta təhsil müəssisələri, metro stansiyalarının çıxışları, şəhərin bütün mərkəzi meydanları polis nəzarətinə götürülmüşdü.

Gənclərin keçirdikləri etiraz aksiyası zamanı dəmir yolu vağzalı ərazisində polis tərəfindən  “Azadlıq” radiosunun fotomüxbiri Abbas Atilayıya təzyiq edilib. Nizami (keçmiş Torqovıy) küçəsində isə polislərdən biri  “Turan”  informasiya agentliyinin fotoreportyoru, əynində jurnalist olduğunu göstərən gödəkçə olan Etimad Budaqovun qarın nahiyəsinə  zərbə endirib.
Previous Post

AZƏRBAYCAN İNSAN HAQLARI EVİNİN FƏALİYYƏTİ DAYANDIRILIB

Next Post

AZƏRBAYCAN İNSAN HAQLARI EVİNİN FƏALİYYƏTİ DAYANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.