AZƏRBAYCAN İNSAN HAQLARI EVİNİN FƏALİYYƏTİ DAYANDIRILIB

         Ədliyyə Nazirliyi İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi olan Azərbaycan İnsan Haqları Evinin bütün növ fəaliyyətinin dayandırılmasını tələb edib. Ədliyyə Nazirliyi bildirib ki, təşkilatın fəaliyyəti yalnız Azərbaycan dövləti ilə razılaşdırdıqdan sonra bərpa edilə bilər. Bu barədə martın 11-də RATİ-yə daxil olmuş İnsan Hüquqları Evi Fondunun bəyanatında qeyd edilib.

Bəyanatda bu addımın Evin tənqidi mövqeyi olan şəxslərə öz fikirlərini bildirmək üçün yer ayırmasına görə atıldığı vurğulanır. Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da bəyanatla çıxış edərək, Evin fəaliyyətinin dayandırılmasını siyasi sifarişin icrası kimi qiymətləndirib.

            Qeyd edək ki, Azərbaycan İnsan Haqları Evi İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi kimi 2007-ci ildə Azərbaycanda qeydiyyatdan keçib. 2009-cu ildə QHT-lər haqqında Qanuna edilmiş əlavə və dəyişikliklərə görə, beynəlxalq təşkilat yalnız dövlətlə müqavilə bağladıqdan sonra ölkədə fəaliyyət göstərə bilər.  

 

Previous Post

MÜSTƏNTİQ CABBAR SAVALANLI İLƏ BAĞLI VƏSATƏTLƏRİNİ RƏDD EDİB

Next Post

GƏNCLƏRİN KEÇİRDİYİ AKSİYADA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.