SEÇKİLƏRDƏ JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIB

07 noyabr 2010-cu il tarixində Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı seçki komissiyaları üzvləri, polisin və digər icra strukturları nümayəndələrinin  jurnalistlərin peşə fəaliyyətinə mane olublar.

Belə ki, “Ölkə” qəzetinin əməkdaşı Gültəkin Qəhrəmanlı da  20 saylı Nərimanov ikinci seçki dairəsinin 7 saylı məntəqəsində məntəqə sədrinin, “müşahidəçi”lərin  və özünü şəhid anası kimi təqdim edən qadının təhqirlərinə məruz qalaraq məntəqədən uzaqlaşdırılıb. Bu barədə bu gün (11 noyabr)  Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) G. Qəhrəmanlının özü məlumat verib.

Xatırladaq ki,  seçkilər günü  “Azadlıq” radiosunun müxbiri Nüşabə Fətullayeva, “Ayna-Zerkalo” qəzetlərinin müxbiri İdrak Abbasov, “Azadlıq” radiosunun və “Turan” İnformasiya Agentliyinin  Naxçıvan üzrə müxbiri Məlahət Nəsibova, RATİ-nin və “Yeni Müsavat” qəzetinin Naxçıvan bölgəsindəki müxbiri Həkimeldostu Mehdiyev, RATİ əməkdaşı Şövkət Qasımova (Yüsifqızı) və Rasim Əliyev də fiziki və mənəvi təzyiqlərlə üzləşiblər.

            RATİ əməkdaşı Nizami Cəfərov və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləliyev isə polis tərəfindən məntəqədən zorla çıxarılaraq Suraxanı rayon Məhkəməsinə aparıblar. Saat 22.32-də saxlanılan jurnalistlərə saat 04.05-də məhkəmə hökmü oxunularaq onların müşahidəçi statusuna xitam verildikdən sonra sərbəst buraxılıb.  

 

Previous Post

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVİN AZADLIĞA ÇIXMASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.