SUMQAYITDA POLİS TƏZYİQİNƏ MƏRUZ QALAN JURNALİSTLƏRDƏN DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ İZAHAT ALINIB

Mayın 17-də “Turan” İnformasiya Agentliyinin müxbiri Pərvanə Bayramova, “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Fərqanə Novruzova və “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində izahat veriblər.

Jurnalistlər mayın 4-də AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının məhkəməsindən sonra keçirilən aksiyanı işıqlandırarkən polis və mülkigeyimli şəxslərin təzyiqinə məruz qalıblar.

 Nazirliyə dəvət olunan jurnalistlərdən izahat alınıb.

Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynov bildirib ki, araşdırma aparılacaq və jurnalistlərə təzyiq etmiş polis əməkdaşları barədə tədbir görüləcək.

Xatırladaq ki, jurnalistlərə təzyiqlə bağlı DİN-ə  RATİ tərəfindən rəsmi qaydada müraciət edilmişdi.

 

Previous Post

JURNALİSTİN DİN-Ə QARŞI İDDİASI TƏMİN EDİLMƏYİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.