JURNALİSTİN DİN-Ə QARŞI İDDİASI TƏMİN EDİLMƏYİB

Mayın 17-də 1 saylı Bakı  İnzibati İqtisad Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə jurnalist Yafəz  Həsənovun  Daxili İşlər Nazirliyinə qarşı iddiası təmin edilməyib.

Məhkəmədən sonra jurnalist Yafəz Həsənov  obyektiv tv-yə bildirib ki, prosesdə iddiaçı tərəf  çıxış edərək, jurnalistin  işi ilə bağlı heç bir araşdırma aparılmadığını məhkəmənin diqqətinə çatdırıb. Müşavirəyə gedən hakim isə iddianın təmin edilmədiyi barədə qərarını elan edib.

Vəkil Elçin Sadıqov qeyd etdi ki, bu qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki,  jurnalistin verdiyi məlumata görə, son parlament seçkilərindən sonra ona qarşı təzyiqlər başlayıb. Nömrəsi məlum olan avtomobillə izlənilib, dəfələrlə döyülməklə üz-üzə qalıb. Mobil telefonuna hədəli zənglər gəlib. Jurnalist məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.  İki ay Daxili İşlər Nazirliyindən cavab almayan jurnalist məhkəməyə müraciət edib.

 

Previous Post

AMEA NIN İNFORMASİYA TEXNOLOGİYALARI İNUSTİTUNUN DİREKTORU RASİM ƏLİQULUYEV İLƏ

Next Post

SUMQAYITDA POLİS TƏZYİQİNƏ MƏRUZ QALAN JURNALİSTLƏRDƏN DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ İZAHAT ALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.