NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALAN JURNALİSTLƏR PROKURORLUĞA ŞİKAYƏT ETDİLƏR

İyulun 18-də Şərurda təzyiqə məruz qalan jurnalitlər  Naxçıvan Muxtar Respublikasi Prokurorluğuna şikayət veriblər. Bu barədə RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov məlumat verib. Onun sözlərinə görə əlavə olaraq Həkimeldostu Mehdiyev evinə olan basqınla bağlı  prokurorluğa şikayət verib.

Habelə Həkimeldostu Mehdiyev bildirib ki, artıq o 3 gündür ki, qaranlıqda saxlanılıb. Yalnız onun “Avtoyuma” məntəqəsinə gələn elektrik xətləri deyil, evinə gələn elektrik xətləri kəsilməklə  bərabər elektrik dirəklərini də çıxarıb aparıblar.

 

Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun  Cəlil  kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt   Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.

Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.

 

Previous Post

ŞƏRUR RAYON İCRA HAKİMİYYƏTİ JURNALİSTLƏRƏ TƏZYİQLƏ BAĞLI BƏYANAT YAYIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.