JURNALİSTİN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Hazırda Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində saxlanılan “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun vəziyyəti ağır olaraq qalır.

      Bu barədə RATİ-yə jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva bildirib. Dekabrın 23-də həyat yoldaşı ilə görüşdüyünü və onun səhhətinin  ağır olaraq qaldığını vurğulayan T.Allahverdiyeva jurnalistin əfvlə bağlı prezidentə  müraciət etdiyini qeyd edib. Əfv olunmasını istəyən F.Novruzoğlu ərizədə günahsız olduğunu da qeyd edib və səhhətinin ağır olduğunu əsas gətirərək azadlığa buraxılmasını xahiş edib. Jurnalist ərizəni dünən Müalicə Müəssisəsinin rəisinə təqdim edib.
Previous Post

AZƏRBAYCANDA İNTERNET TELEFONİYA QANUNİLƏŞİR

Next Post

JURNALİSTLƏRİN KASSASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.