AZƏRBAYCANDA İNTERNET TELEFONİYA QANUNİLƏŞİR

APA-nın yaydığı məlumata görə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə İnternet-telefoniya xidmətlərini qanuniləşdirmək niyyətindədir.

 Əli Abbasovun fikrincə, bu yeniliklər nazirliyin tarif siyasətinə olan baxışlarını dəyişib və nazirliyi onları yenidən nəzərdən keçirməyə həvəsləndirib.  
   Nazir qeyd edib ki, “bu gün respublikada İnternet trafik beynəlxalq telefon danışıqları trafikini xeyli üstələyib. Ölkədə IP-telefoniya xidmətlərinə olan maraq artır. Əgər əvvəllər həmin texnologiyadan istifadə olunması qanun pozuntusu kimi qəbul edilirdisə, bu gün onun inkişafını dayandırmaq, demək olar, mümkün deyil. Respublikada yeni texnologiyaların inkişafı üçün qanunvericilik bazasını dəyişmək lazımdır. Hesab edirik ki, İnternet texnologiyaları əsasında məlumatların səsli ötürülməsi xidmətlərini leqallaşdırmaq və qanuniləşdirmək zəruridir”. 
Previous Post

İNTERNET PROBLEMLƏRİ ÜZRƏ ŞURA YARADILIR

Next Post

JURNALİSTİN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.