JURNALİSTİN EVİNƏ BASQIN EDİLİB

Noyabrın  18-də gecə saat 23.00 radələrində “Ayna”və “Zerkalo” qəzetlərinin müxbiri,   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, habelə Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (iwpr.net) əməkdaşı  İdrak Abbasovun evinə basqın olub. Bu barədə RATİ-yə Abbasovun özü məlumat verib.

Onun sözlərinə görə, polisə məlumat vermək üçün 102 xidmətinə zəng etsə də Şamaxı operatoru cavab verib. Amma evindən bir qədər aralıda yaşayan qardaşlarının köməyi ilə basqınçılardan bir nəfəri tutaraq Binəqədi rayon Polis Bölməsinin 40-cı Polis Bölməsinə təhvil veriblər: “Onlar oğurlrq məqsədilə evə hücum etməmişdilər. Məni və alə üzvlərimi nalayiq sözlərlə təhqir edib, məni ölümlə hədələyərək evdən bayıra çıxmağımı tələb edidilər. Tutub polisə təhvil verdiyimiz özünü naxçıvanlı Əli kimi təqdim edən şəxs isə Polis Bölməsində məni tanıdığını, artıq məni bir dəfə “reklam” etdiklərini bildirdi”.

Abbasov polisin məsələyə münasibətindən də narazılıq etdi. “Növbətçi hissədən bir polis kapıtanı məni hövsələsiz olmaqda, hətta savadsizlıqda ittaham edərək həmin şəxsin əməlində “tərkib”in olmadığını deyirdi və ərizə yazmamağımı istəyirdi. Amma mənim inadımdan sonra bölmənin rəis müavini Emin Aslanov da məsələyə müdaxilə etdi, həmin kapitana ərizəmin alınmasını və bu hadisənin ətraflı araşdırılması barədə tapşırıq verdi. Daha sonra ərizəmi alan polis, səhər saat 09.00 radələrində, yəni noyabrın 19-da mənimlə  əlaqə saxlayıb izahat alacaqlarını da dedilər. Amma təəssüflər olsun ki, məni polisdən axtaran və ya hadisə yerinə gələrək araşdırma aparan olmadı”, – deyə qeyd edən Abbasov baş vermiş hadisə ilə bağlı bü gün daxili işlər naziri Ramil Usubova da rəsmən müraciət etdiyini bildirdi.

Daxili İşlər Nazirliyinin ictimayyətlə əlaqələr şöbəsinin əməkdaşı Ehsan Zahidov isə hələ ki, onlara bu barədə xəbərin daxil olmadığını, amma cinayətkarın saxlanılaraq polisə təhvil verilməsini müsbət hal hesab etdi.  

Previous Post

AVROPA BİRLİYİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏBSDƏ OLMASINDAN NARAHATDIR

Next Post

“BEYNƏLXALQ AMNİSTİYA” TƏŞKİLATI “EYNULLA FƏTULLAYEV SİZ UNUDULMAYACAQSINIZ!” ŞÜARI ALTINDA KAMPANİYA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.