AŞPA-NIN QƏBUL ETDİYİ QƏTNAMƏDƏ JURNALİSTLƏRİN DƏRHAL AZADLIĞA BURAXILMASI TƏLƏB OLUNUR

Bu gün (24 iyun) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının növbəti iclası keçirilib.

AŞPA-nın rəsmi internet səhifəsində verilən məlumata görə, AŞPA Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsindən dərin narahatlığını ifadə edib. Azərbaycanla bağlı qəbul edilmiş qətnamədə qeyd edilir ki, jurnalistlərə qarşı olan təzyiqlər və hədələr də daxil olmaqla söz azadlığı və birləşmək azadlığı sahəsindəki məhdudiyyətlər Avropa Şurasına üzv olan ölkədə yolverilməzdir. Qətnamədə ölkədə siyasi məhbus məsələsinin hələ də həll edilmədiyi vurğulanır. Həbs edilmiş jurnalistlərin və siyasi məhbusların dərhal azadlığa buraxılması tələb olunur.
“Azadlıq” radiosunun məlumatına görə, iclasda müzakirələr zamanı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel çıxış edib: “Azərbaycanda bizi narahat edən əsas amil insan haqları və demokratikləşmə məsələsidir. İnsan haqları ilə bağlı vəziyyət, təəssüf ki, bərbaddır. Xüsusilə də söz azadlığı, azad mətbuat və jurnalistika sahəsində”.
 Çıxışı zamanı Herkel Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində xeyli problemlərin qaldığını da vurğulayıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə “Trend” İnformasiya Agentliyinə verdiyi açıqlamasında bu gün qəbul edilən qətnamədə siyasi məhbusların və jurnalistlərin azadlığa buraxılmasının tələb edilməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə hakimiyyət məhbusların azadlığa buraxılması məsələsinə baxacaq. “Bu tövsiyə xarakterli məsələdir. Azərbaycan hakimiyyəti bu tövsiyənin yerinə yetirilməsini və həmin şəxslərin vaxtından əvvəl azadlığa çıxması məsələsini müzakirə edəcək”, – deyə Mirzəzadə qeyd edib.

Previous Post

AŞPA-NIN QƏBUL ETDİYİ QƏTNAMƏDƏ JURNALİSTLƏRİN DƏRHAL AZADLIĞA BURAXILMASI TƏLƏB OLUNUR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.