JURNALİSTİN MÜSTƏNTİQƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI

Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevin  Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müstəntiqi Hikmət Əliyevin fəaliyyətsizliyi barədə Naxçıvan şəhər Məhkəməsində qaldırdığı iddia təmin olunmayıb.

 11 iyun 2009-cu il tarixdə H.Mehdiyev Naxçıvan şəhər Məhkəməsində  müstəntiq H.Əliyevə qarşı iddia qaldırıb və 19 iyun 2009-cu il tarixdə saat 10.00-da məhkəmə prosesi keçirilib. Məhkəmənin vaxtı haqda bildirişin müxbirə proses keçirildikdən sonra təqdim edildiyi üçün iddiaçı prosesdə iştirak edə bilməyib. İyulun 2-də iddiaçının ünvanına məktub vasitəsi ilə məhkəmənin qərarı daxil olub. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq hadisədən sonra  20 gün müddətində cinayət işinin açılması ilə bağlı müxbirin yazılı olara müstəntiq Hikmət Əliyevə ərizə ilə müraciət etməməsinə görə Naxçıvan şəhər Məhkəməsi iddianı rədd edir”, – deyə qərarda qeyd olunur.
     Xatırladaq ki, 31 yanvar 2009-cu il tarixdə saat 10:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə “Ümid” Partiyasının qərargahında keçirdikləri toplantıdan reportaj hazırlayarkən İsmayıl İsmayılov  adlı şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. O, Mehdiyevi nalayiq ifadələrlə təhqir edib və sonra masanın üzərində olan külqabını götürərək jurnalistə atıb. Atılan külqabı Mehdiyevin sol gözünün altından (almacıq hissədən) dəyib və jurnalist xəsarət alıb. Baş vermiş hadisə ilə bağlı rəsmi qaydada Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunub və şikayət ərizəsi DİN-in müstəntiqi Hikmət Əliyevin icraatına verilib. Amma müstəntiq bu müddət ərzində baş vermiş hadisə ilə bağlı heç bir tədbir görməyib və ya gördüyü tədbirlər barədə zərərçəkmişə hər hansı bir məlumat verməyib. Jurnalistə xəsarət yetirən şəxs də hazırda azadlıqdadır.
Previous Post

DAXİLİ QOŞUNLARDAN “NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI 4 İDDİA QALDIRILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.