DAXİLİ QOŞUNLARDAN “NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI 4 İDDİA QALDIRILIB

iyul 6th, 2009
Bu gün (6 iyul) Nizami rayon məhkəməsində “Nota” qəzetinin baş redaktoru S.Əlibəyliyə qarşı xüsusi ittiham qarşı xüsusi ittiham qaydasında üç iddiaya baxılıb.

Hakim Azər İsmayılovun sədrliyi ilə Daxili Qoşunlar komandanının müavini general-mayor Fəxrəddin Səmədovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə proses keçirilib. Hakim Azər İsmayılov bildirdi ki, cavabdehə qarşı eyni yazıya görə 4 ayrı məhkəmə iddiası olduğu üçün iddiaların bir icraatda birləşdirilməsi gözlənilir. Bu səbəbdən də hakim prosesi 10 iyul saat 16:00-a təyin etdi.
     Hakim Cahangir Yusifovun sədrliyi ilə hazırlıq iclası keçirilib və Daxili Qoşunların komandanı Zakir Həsənovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddiası icraata götürülüb və proses 13 iyul saat 16:00-a təyin olunub.
     Hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında da Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddiası icraata götürülüb və proses 10 iyul saat 16:00-a təyin olunub.
 
 Xatırladaq ki, “Nota”  qəzetinin son aylarda nəşr olunmuş saylarında Daxili Qoşunlarla bağlı yazılarda şərəf və ləyaqətlərini ləkələyən  və onları nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov və Daxili Qoşunların kadrlar idarəsini rəisi polkovnik Nəsir Hüseynov və Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladov Sərdar Əlibəyli barədə Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediblər.